“Heç-heçəyə səbəb olan qolu buraxmamalıydıq”

“Yuventus”un baş məşqçisi İqor Tudor çempionlar liqasının 2-ci turunda “Vilyarreal”la 2:2 hesablı heç-heçəni şərh edib.

Allsport.az xəbər verir ki, o, qarşılaşmanın möhtəşəm keçdiyini bildirib. “Gərginliyi aradan qaldıra bilməməyimiz üçün təəssüflənirəm. Son dəqiqədə buraxdığımız qol isə biabırçılıqdır. Komanda hər şeyini meydanda verdi, amma bilirik ki, heç-heçəyə səbəb olan qolu buraxmamalıydıq”. “Yuventus” iki xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. “Vilyarreal” 1 xalla 26-cı yerdədir.

Həmin kateqoriyadan