- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür. Belə hal nə rəqib komanda, nə də bizim üçün xoşdur. Ümumən, idmançılarıq, meydanda öz işimizlə məşğul olmağa çalışmalıyıq”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, konfrans liqasının 3-cü ələməsində Kiprdə yerli AEL ilə 1:1 etdikləri ilk oyunda yaşananlar barədə deyib. O, belə hallarla öncələr də qarşılaşdığını qeyd edib:
“Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq”.