- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Sumqayıt” Azərbaycan kubokunun II təsnifat mərhələsində “Zaqatala”nın qonağı olub.
Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç 3:0 hesablı qələbəni belə şərh edib:
“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma fürsəti əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün imkan yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.