- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Mahir Əmrəli Azərbaycan çempionatları tarixinə düşüb. Allsport.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu ən sürətli het-trik müəllifi olub.
O, premyer liqanın XXIV turunun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.
Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl etdiyi rekordu yeniləyib. O, 2005/06 mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.
2018/19 mövsümündə iki het-trikə imza atan Mahir premyer liqada 3-cü dəfə belə uğurun müəllifi olub.