- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda paytaxtda İrlandiyanın “Şelbrun” klubuna 1:0 (ilk matç – 3:0) qalib gəldi. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda keçirilən mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu dedi:
“Növbəti mərhələyə adladıq, futbolçuları təbrik edirəm. Heç kimi qınaya bilmərəm, mövsüm yeni başlayıb. Rəqib yenilgini sevmir. İlk oyunda 0:3 uduzmaqlarına baxmayaraq, sona qədər cəhd etdilər.
Sabah daha 3 klubumuz meydana çıxacaq. Onlara uğurlar arzulayıram. Transferlərə gəlincə, təzə xəbər yoxdur. Amma buna çox ehtiyacımız var. Heyət baxımından daha genişlənməli və keyfiyyəti artırmalıyıq”.
Bu qələbə sayəsində Ağdam komandası ardıcıl 12-ci dəfə avrokubokun qrupuna vəsiqə qazandı. “Qarabağ”, ən azı, konfrans liqasının əsas mərhələsinə adladı.