Heydər Əliyevin Daşkənddə yerləşən abidəsini ziyarət etdilər, qazanılan 7 medalı…

Özbəkistan paytaxtında savat üzrə 2-ci Asiya kubokuna yekun vurulub.

Allsort.az saytı xəbər verir ki, gənclərin yarışında bizdən Məhəmməd Süleymanov (75 kq) qızıl, Mahmud İsmayılov (56 kq) bürünc, böyüklərin mübarizəsində Ağadədə Əliyev (75 kq) və Sənan Babazadə (80 kq) qızıl, Beyrək Bağırov (75 kq) və Vüqar Abbasov (80 kq) bürünc medal qazanıblar. Qadınların qarşılaşmasında Tutu İsmayılova (48 kq) qızıl medala sahib olub.

İdmançılarımız ümumilikdə 4 qızıl və 3 bürünc medal qazanaraq komanda hesabında 3-cü yeri tutublar. Milli komandamız ümummilli lider Heydər Əliyevin Daşkənd şəhərində yerləşən abidəsini ziyarət edərək, qazanılan qələbələrini 100 illik yubileyə həsr ediblər.

Həmin kateqoriyadan