- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsinin və Azərbaycan Braziliya ciu-citsu ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Braziliya ciu-citsu federasiyasının dəstəyi ilə ümummili liderin xatirəsinə açıq paytaxt turniri keçirilib.
Allsport.az saytı xəbər verir ki, anım mərasimi və dövlət himninin səsləndirilməsindən sonra, federasiyanın prezidenti Aqil Acalov turniri açıq elan edib. O, çıxışında Heydər Əliyevin idmana xüsusi qayğısından, müasir idmanın formalaşmasında əhəmiyyətli rolundan danışıb, onun xatirəsinə həsr olunan silsilə tədbirlərin ənənəvi olaraq keçiriləcəyini bildirib.
Braziliya Federativ Respublikasının ölkəmizdə səfirinin müşaviri Aleşandre Azevedo Silveira çıxışında bu döyüş sənətiniə olan diqqətdən söz açıb. O, 2 ölkə arasında idman sahəsində əməkdaşlığın, mədəni və işgüzar sahədə əlaqələrin davamlılığından məmnunluğunu vurğulayıb.
Baş idarənin rəis müavini Rəşad Əliyev çıxışında ümummili liderin həyata keçirdiyi idman siyasətinin idmanın inkişafında təkanverici rolunu xatırladıb. Bu siyasətin müasir idmanın bünövrəsini təşkil etdiyini, onun xatirəsinə həsr olunmuş tədbirlərin davamlılığının vacibliyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnirdə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda respublikanın bölgələrindən müxtəlif yaş qruplarından və çəki dərəcələrində 200-ə yaxın idmançı iştirak edib. Bədii hissədən sonra qaliblər medal və mükafatlarla təltif olunublar.