Hidayət Heydərov uşaqlıqdan azarkeşi olduğun klubun qonağı olub – FOTO

Olimpiya çempionu Hidayət Heydərov Neftçinin qonağı olub.

Allsport.az xəbər verir ki, “Neftçi” futbol mərkəzində klub rəhbərliyi, baş məşqçi və futbolçularla görüşən cüdoçu Azərbaycan premyer liqasının “Qarabağ”la 15-ci tur oyunu ərəfəsində “ağ-qaralar”ın məşqini izləyib. Paytaxt təmsilçisinin üzvləri ilə söhbətləşən Hidayət Heydərov uşaqlıqdan “Neftçi” azarkeşi olduğunu deyib, komandamıza dəstək nümayiş etdirib və uğurlar arzulayıb.

2024 yay olimpiya oyunlarında qızıl medal qazanmış, dünya və dördqat Avropa çempionu olan Heydərov dekabrın 1-i saat 19:00-da “Neftçi arena”da keçiriləcək “Qarabağ”la matçı tribunadan izləyəcək.

Həmin kateqoriyadan