- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “kimyaçılar” ötən mövsümü “Neftçi”də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.
Müdafiəçi “Sumqayıt”da “3” nömrəli formada çıxış edəcək.
2020/21 mövsümündə komanda ilə bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm “Sumqayıt”ın şərəfini qoruyub. O, klubla bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.