- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə oyunda (11:1) fantastik göstəriciyə imza atıb.
Allsport.az xəbər verir ki, “Mançester Siti”nin üzvü özü 5 qol vurub, 2 dəfə isə məhsuldar ötürmə edib. Holandın milli komanda ilə karyerasında 45 matçda 48 qol var.
ESPN-in məlumatına görə, Hans Krankl 1977-ci ildən Avstriya millisinin heyətində Maltaya 6 dəfə qol vurduğu vaxtdan bəri Avropa zonası üzrə dünya çempionatının seçmə mərhələsində beş və ya daha çox qol vurulmayıb.