- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə premyer liqasının Mançester derbilərində qol+məhsuldar ötürmə sayında ikinci yerə yüksəlib.
Allsport.az xəbər verir ki, 25 yaşlı norveçli premyer liqanın 4-cü turunda “Mançester Yunayted”lə oyunda (3:0) dubl edib.
Belə ki, Holand “qırmızı şeytanlar”la premyer liqada keçirdiyi 6 oyunda 11 qol hərəkəti edib – 8 qol və 3 məhsuldar ötürmə.
Erlinq bu reytinqdə “Mançester Yunayted”in keçmiş hücumçuları Ueyn Runi (21 matçda 9 xal) və Erik Kantonanı (6 oyunda 10 xal) qabaqlayır. Bu göstəricidə lider “Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Qiqqsdir (29 oyunda 13 xal).