- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Mançester Siti”nin hücumçusu Erlinq Holand “Youtube” platformasında kanalı bir milyondan çox izləyiciyə çatdığı üçün “Qızıl düymə” mükafatını qazanıb.
Allsport.az xəbər verir ki, norveçli futbolçu bu göstəriciyə rekord müddətdə çatıb.
Holand kanalını sentyabrın 10-da qeydiyyatdan keçirib və ilk videosunu oktyabrın 23-də yayımlayıb. Bununla da, o, cəmi 35 gün ərzində və yalnız üç video yayımlayaraq altı rəqəmli izləyici sayına çatan məşhurlardan olub.
Holand cari mövsümdə İngiltərə premyer liqasında 12 oyunda 14 qol vurub.