- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 251
- Mart 05, 2026
- 0

“Mançester Siti” çempionlar liqasının III turunda səfərdə “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, matçda “şəhərlilər”in ilk qolunu vuran Erlinq Holand rekorda imza atıb.
Norveçli klub və milli karyerasında ardıcıl 12 oyundur, fərqlənməyi bacarır. O, ümumilikdə 22 qol vurub.
Erlinq Holand Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.