- Baxış sayı: 184
- 16 Mart 2026 20:46
- Baxış sayı: 112
- Mart 19, 2026
- 0

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holand “Norway Chess” turnirinin və yeni yaradılan “Total Chess World Championship” şahmat turunun investoru olub.
Allsport.az xəbər verir ki, yeni turnir formatı dünyanın ən yaxşı şahmatçılarının iştirakı ilə hər il dörd fərqli şəhərdə keçiriləcək.
FİDE tərəfindən ən azı 16 illik müddətə təsdiqlənən layihənin pilot turniri 2026-cı ilin payızında, tam mövsümü isə 2027-ci ildə baş tutacaq. Yarışın mükafat fondu minimum 2,7 milyon dollar təşkil edəcək.
Holandın bu layihədə iştirakı şahmatın kommersiya cəlbediciliyini artırmaq məqsədi daşıyır.