- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Erlinq Holand premyer liqada yubiley – 100-cü qolunu vurub.
Allsport.az xəbər verir ki, norveçli hücumçu çempionatın 14-cü turunun “Fulhem”lə oyununda fərqlənib. Bununla da o, liqada 100 qola ən tez çatan futbolçu olub. Holanda bu saya çatmaq üçün 111 oyun lazım olub.
Əvvəlki rekord Alan Şirerə məxsus idi. O, 100 qol həddinə 125 görüşdə çatmışdı.