- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

“Real”ın qapıçısı Tibo Kurtua çempionlar liqasının əsas mərhələsinin 5-ci turunun “Liverpul”la oyunundan sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, belçikalı futbolçu komandasının hücumda fərqlilik yarada bilmədiyini deyib:
“Liverpul” hazırda Avropanın ən güclü komandalarından biridir. İlk hissədə yaxşı müdafiə olunduq, amma hücumda fərqlilik yarada bilmədik. Penalti ilə hesabı bərabərləşdirə bilərdik, lakin uğursuz olduq və buraxdığımız ikinci qoldan sonra geridönüş etmək üçün gücümuz qalmadı”.