“Hücumda və orta xətdə problemlərimiz var”

“Kəpəz” premyer liqanın 7-ci turunda şərti öz meydanında “Şamaxı”ya 0:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Bağırov məğlubiyyətə aydınlıq gətirib:

“Oyundan-oyuna tam adaptasiya ola bilmirik. Mən gələndən böyük ölçüdə bəzi şeyləri dəyişmək istəmişik. Amma bəzən alınır, bəzən alınmır. Müdafiədə çox kobud səhvlər buraxdıq.

Belə qollar buraxanda komanda istər-istəməz təzyiqə düşür. İkinci hissədə nə qədər cəhd elədik ki, bəzi şeyləri dəyişək lakin alınmadı. Hücumda və orta xətdə problemlərimiz var.

Komanda qol vura bilmir. Yaxın vaxtda bunu aradan qaldırmalıyıq. Qalib gəlmək istəyiriksə, hücumda çox şeyi dəyişməliyik. Əlimizdə futbolçular var və ya yoxdur, bu başqa sualdır”.

Həmin kateqoriyadan