- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
ABŞ-ın Böyük Britaniyada da fəaliyyət göstərən məşhur “Huffington Post” xəbər portalında “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən məqalə yayılıb. Allsport.az xəbər verir ki, məqalənin əvvəlində müəllif üç ay ərzində paytaxt Bakının Avropa idmançıları ilə dolu olacağını qeyd edib.
Bildirilib ki, Birləşmiş Krallıq “Pekin-2008”dən sonra ilk dəfə olaraq ən çox idmançı heyəti ilə Bakıda iştirak edəcək. Məqalədə Britaniyadan yarışlarda müxtəlif idman növləri üzrə iştirak edəcək atletlər haqqında məlumat verilib. Qeyd edilib ki, 160-170 idmançı heyəti ilə iştirak edəcək Böyük Britaniya komandasında boks üzrə Olimpiya çempionu Nikola Adamsın və “London-2012” Olimpiadasında gümüş medal qazanmış Gemma Gibbonsun da iştirakı gözlənilir.
Diqqətə çatdırılıb ki, “Bakı-2015”də 50 Avropa ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. Sərfəli bilet qiymətləri insanların yarışları canlı izləməsinə imkan yaradacaq. Qeyd edilib ki, Oyunların açılış mərasimində Azərbaycanın müasirliyi və ənənəviliyi özündə birləşdirən zəngin mədəniyyəti nümayiş etdiriləcək. Avropa Oyunlarının möhtəşəm əzəməti ilə birgə qonaqlar multikulturalizmin mərkəzi sayılan paytaxt Bakından da zövq alacaqlar.
Tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin yaşadıqları Bakıda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan onlarla möhtəşəm tarixi abidələr var. Məqalədə Avropa Oyunlarına hazırlıq işlərindən də bəhs edilib. Bununla əlaqədar nəqliyyat, infrastruktur və digər təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyi diqqətə çatdırılıb. Müəllif paytaxt Bakının artıq dünya idman şəhərləri sırasında öz yerini tapdığını vurğulayıb.