- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransanın “Monako” klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, bosniyalı qolkiper matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Rəqib çox güclüdür. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdur. “Monako” istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdir. Ona görə də diqqətli olmalıyıq”.