- Baxış sayı: 52
- 29 Dekabr 2024 10:54
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
Kiprin Limassol şəhərində ağır atletika üzrə gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının bir üzvü – Anastasiya İbrahimli körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb.
“Masazır-Zirvə” İdman Klubunun üzvü olan Anastasiya birdən qaldırma hərəkətinə 92 kq-ı ram etməklə başlayıb. Ancaq sonrakı iki yanaşmada 95 kq-ın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, İbrahimli bu hərəkətdə 4-cü yeri tutub.
Təkanla qaldırma hərəkətinə 115 kq-ı başı üzərinə qaldırmaqla başlayan atletimiz, növbəti iki yanaşmada 119 kq-a güc gələ bilməyib. Buna baxmayaraq, İbrahimli bu hərəkətdə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Toplamda 207 kq (92+115) nəticə göstərən ağır atlet Avropa çempionatında 3-cü yeri tutub.