- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

Əfsanəvi Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç karyerasını atasının parladığı “Ayaks”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, Amsterdam təmsilçisi 19 yaşlı oyunçunu “Milan”dan mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüququna 3,5 milyon avroya sahib olmaq bəndi də yer alıb.
Cari mövsümdə “Milan”ın gənclər komandasında (“Milan Futuro”) 17 oyuna çıxan Maksimilian 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.