- Baxış sayı: 7
- 28 Noyabr 2024 18:29
- Baxış sayı: 77
- Noyabr 28, 2024
- 0
Bu gün “Dalğa arena”da milli komandaların məşq mərkəzində AFFA-nın icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirədən sonra qərarlar qəbul olunub:
1. 2019-2020-ci il mövsümündə Topaz premyer liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Elitada çıxış etmək üçün lisenziya almaq məqsədilə 1-ci divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.
2. Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.
3. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Topaz premyer liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.