- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Dekabrın 13-ü AFFA-nın inzibati binasında icraiyyə komitəsinin növbəti iclası keçiriləcək.
Allsport.az xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
– Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
– Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
– Premyer liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
– “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
– Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
– AFFA-nın “Fair Play” mükafatının təsis olunması və əsasnaməsinin hazırlanması
– “Azərbaycan futbolunun etik kodeks”inin hazırlanmasının müzakirəsi
– AFFA-nın futbol veteranları fondunun əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi “elit məşq” kitabı ilə bağlı məlumat
– AFFA-nın nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
– “Qəbələ” futbol klubu ilə bağlı müzakirə
– AFFA-nın növbəti konfransının tarixinin müəyyənləşdirilməsi.