- Baxış sayı: 34
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Gənclər və idman nazirliyi və qurum yanında ictimai şuranın birgə təşkilatçılığı ilə “Gənclər arasında kiçik və orta ticarət, həmçinin sahibkarlıq fəaliyyətlərinin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda ictimai müzakirə keçirilib.
Allsport.az saytı xəbər verir ki, görüşün qonaqları gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Kiçik və orta biznesin inkişafı agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov və ictimai şuranın sədri Elnur Məmmədli sahibkarlığın inkişafında gənclər təşkilatlarının roluna dair fikirlərini bölüşərək mövzu ətrafında çıxışlar ediblər.
İctimai şuranın sədr müavini Ramin Həbibzadənin moderaturluğu ilə keçirilən müzakirədə iştirak edən müxtəlif gənclər təşkilatlarının rəhbər və nümayəndələri mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər. Onlar gənclərin kiçik və orta ticarətə marağının artırılması, mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanları, həmçinin gənclər təşkilatlarının biznes təşəbbüslərində rolunun gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Həmçinin görüş zamanı gənclərin ticarətlə fəaliyyətinə özəl sektorun daha aktiv cəlb edilməsi, tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və bu sahədə birgə fəaliyyət perspektivləri müzakirə olunub.