- Baxış sayı: 607
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Oktyabrın 27-də Azərbaycan idman akademiyasında (ASA) “Tədqiqatçı profillərinin təkmilləşdirilməsi və beynəlxalq elmi nəşr strategiyaları” mövzusunda elmi seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə kafedra müdirləri, proqram rəhbərləri, müxtəlif kafedralardan elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan müəllimlər, koordinatorlar və assistentlər iştirak ediblər.
Elmi-tədqiqat mərkəzinin təşkilatçılığı ilə baş tutan seminarda Akademiyanın Elm və innovasiyalar üzrə prorektorunun müşaviri, mexanika elmləri doktoru Nailə Kələntərli çıxış edərək elmi potensialın gücləndirilməsinin, əldə olunan nəticələrin beynəlxalq elmi bazalarda geniş təmsilinin əhəmiyyətindən danışıb.
Sözügedən tədbirin məqsədi elmi əməkdaşların beynəlxalq elmi mühitdə fəaliyyət imkanlarını genişləndirmək, tədqiqatçı profillərinin (“ResearchGate”, “Google Scholar”, ORCID və s.) effektiv idarə olunmasını təşviq etmək, həmçinin beynəlxalq elmi jurnallarda məqalələrin nəşri üzrə strategiyaları müzakirə etmək olub.