- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
İdman arbitraj məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və “Əl-Əyn” klubları arasında olan mübahisəli məsələylə bağlı qərar verib. Allsport.az saytı xəbər verir ki, CAS, BƏƏ təmsilçisinin şikayətini təmin etməyərək, FİFA-nın daha öncə Azərbaycan klubunun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, müdafiəçinin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olması qeyd edilib. Qeyri-rəsmi xəbərə görə, söhbət 1 milyon avrodan gedir.
Xatırladaq ki, Bəhlul Mustafazadə 2019-21-ci illərdə “bayquşlar”da çıxıb edib. O, 2021-ci ilin yayında “Əl-Əyn”ə keçsə də, sonrada transfer məsələsində yaranan problemlər görə Azərbaycana qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb.