- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“İdman Azərbaycan” telekanalı “Qarabağ” azarkeşlərinin, “İmarət” fan-klubunun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı açıq məktubdakı ittihamlara cavab verib. Allsport.az xəbər verir ki, sosial şəbəkədə yayılmış həmin açıqlamada bunlar qeyd olunub:
“Dünən “İdman Azərbaycan” kanalı vasitəsilə tamaşaçılarımız Londondan “Tottenhem” – “Qarabağ” oyununu izlədilər. Məhz “İdman” Azərbaycan kanalı vasitəsilə azarkeşlərimiz doğma komandalarımızın avrokubok oyunlarını uzun illərdir ki, seyr edirlər. Bütün bunlara görə kanala təşəkkür edilməsinə ehtiyac yoxdur. Bu, bizim borcumuzdur və hər bir azərbaycanlının istəyini başa düşürük. Lakin müəyyən KİV hər bir işimizdə qənbərqulu tapmağa çalışır.
Dünən keçirilən oyun zamanı edilən irad isə aparıcıların şərhi olub. Bəzilərinin fikrincə, şərhçi həddindən az emosional olub. Halbuki, başqa vaxtlarda tənqidçilərimiz şərhlər zamanı aparıcıların həddindən artıq çığırdığını yazır. Bu məsələdə heç bir zaman ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Belə ki, hər bir insanın öz zövqü var və hərə bir cür aparıcılığı sevir. Məhz bu səbəbdən də heç bir şərhçi hamı tərəfindən sevilmir.
Bildirmək istəyirik ki, “İdman Azərbaycan” kanalı və orada çalışan hər bir kəs bütün komandalarımıza və idmançılarımıza eyni gözlə baxır və onların qələbəsini arzulayır. Şərhçilər də tamaşaçılar kimi oyuna adi televizordan baxır və şərh zamanı olan qüsurlar başadüşüləndir. Bütün bunlar televizor qarşısında əyləşənlər tərəfindən nəzərə alınmalıdır”.