- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0

Rusiyalı hakimlər – Dmitri Andreyev və Lübov Andrianova Paris-2024-də idman gimnastikasında çalışacaqlar. Allsport.az saytı xəbər verir ki, onların adları BOK-un siyahısına daxil edilib.
Yalnız 15 rusiyalıya fərdi bitərəf idmançı statusunda bir sıra şərtlərlə oyunlarda iştiraka icazə verilib. Onların icrasına 3 nəfərdən ibarət BOK-un xüsusi komissiyası nəzarət edir. Bütün rusiyalı gimnastlar BOK-un şərtləri ilə 2024-cü il olimpiya oyunlarında iştirakdan imtina ediblər.
Fransa paytaxtında “dördillik” iyulun 26-dan avqustun 11-dək keçiriləcək.