- Baxış sayı: 38
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Kikboks federasiyasının 2 rəhbər şəxsinin deputatlığa namizədliyi təsdiqlənib. Allsport.az saytı xəbər verir ki, bunlar qurumun prezidenti Adil Əliyev və vitse-prezident Güloğlan Cabbarovdur.
Adı ilk çəkilən şəxs Nərimanov 20 saylı 2-ci, digəri paytaxtın bu rayonundan 19 saylı 1-ci seçki dairəsindən namizədlikləri qeydə alınıb.
Adil Əliyev son 3 çağırış Milli Məclisdə deputat olub. Güloğlan Cabbarov isə ilk dəfə özünü fəal siyasətdə sınamağa qərar verib.