- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyində növbəti kollegiya iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəliyinə 2022-сi ilin 2-ci yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Toplantıda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, “Azərbaycan bodibildinq və fitnes federasiyası”, “Azərbaycan milli idman növləri assosiasiyası” və “Azərbaycan qolf federasiyası” ictimai birliklərinin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan qoçyu-ryu okinava karate-do və kobudo-kempo növləri idman federasiyası” və “Gözdən əlil şahmat və damaçılar federasiyası” ictimai birliklərinin federasiya statusu dayandırılıb.
Bununla da nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 29-a çatıb. Ümumilikdə, 27 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.