İdman nazirliyində tədbirlərin rus dilində keçirilməsinə başlandı! 2-ci dövlət dilinə doğru?

Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib. Allsport.az saytı xəbər verir ki, “Kardiologiya” və “Müalicəvi idman və idman təbabəti” üzrə tibb elmləri doktoru Yelena Dorofeyevanın iştirakı ilə keçirilən məşğələyə federasiyaların 50-dən çox nümayəndəsi cəlb olunub.

Əsas mövzusu yay olimpiya və paralimpiya oyunlarına hazırlıq dövründə tibbi təminat olan seminar idmançıların fiziki yükə fərdi uyğunlaşmasına təsir edən faktorlar; məşq prosesinin qeyri-səmərəli planlaşdırılması zamanı olan patologiya önü və patoloji vəziyyətlər; yüksək idmanda biokimya; idmançılarda immunitet vəziyyətinin modifikasiyası və korreksiyası; idman qidalanmasının təşkilinə müasir yanaşmalar; müasir idmanda idman qidalanması problemləri, idmançıların səmərəli qidalanmasının prinsipləri və digər mövzuları əhatə edəcək.

Sözü gedən nazirlikdə əks-Azərbaycançı qüvvənin olduğu barədə silsilə yazılar dərc etmişik. Prosesin başında nazir müavini Mariana Vasilyeva və idman şöbəsinin müdiri Elnur Məmmədov dayanırlar. Xeyli müddətdir ki, yerli mütəxəssislər sıxışdırılır, onları Beynəlxalq olimpiya komitəsinin cəza tətbiq etdiyi ölkələrin nümayəndələri tuturlar. Milli komandalarda da durum eynidir. Onlar federasiyasiyalarda işbirliyində olan şəxslərin vasitəsilə yerli çalışdırıcıları əcnəbilərlə əvəzlətdirirlər. Etirazlar olmasın deyə, azərbaycanlılara 2-ci məşqçi olmaları təklif edilir.

Həmin kateqoriyadan