- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
İdman rəqsləri üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa-standart, Latın-Amerikası və çoxnovçülük proqramlarıında, yeniyetmələr (14-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (19-35 yaş) arasında təşkil edilən yarışda “Aypara”, “Şane”, “Olimp”, “Çinar” və “Azəri” idman klublarının 70 nümayəndəsi mübarizə aparıb.
Böyüklər arasında Latın Amerikası proqramında 1-ci yeri Mişel Maritan və Andrea Bolzoni (“Şane” idman klubu) dueti tutub. Standart proqramda da “Şane”nin yetirmələri fərqləniblər: Kiril Pavlov və Kristina Şinkaryuk.
Coxnövçülük nominasiyasında isə “Aypara” idman klubunun üzvləri Yeqor Nikolayev və Aleksandra Raskatova 1-ci olublar. Gənclərdə hər 2 növdə (Latın Amerikası və standart) 1-ci yeri “Aypara” idman klubunun nümayəndələri Vladislav Yesipenok və Alua Karqabayeva tutublar.
Yeniyetmələrin mübarizəsinə gəlincə, Latın Amerikası növündə Ostap Şeşukov və Mədinə Məmmədova dueti (“Çinar” idman klubu), standart proqramda isə Qaflan Abbasov və Anastasiya Kşnyakina (“Azəri inciləri” idman klubu) qalib gəliblər.