İdman rəqslərində fərqlənənlər

İdman rəqsləri üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, böyüklər arasında Latın Amerika proqramı üzrə (2006-cı il və yuxarı yaş) Leonard Petkevics və Rebekka Çerepanova 1-ci yerə layiq görülüblər. Artur Taqirov və Yuliana Menyinskaya 2-ci, Valeri Krasavin və Kamilla Ağaəfəndiyeva 3-cü yeri tutublar.

“Gənclər” standart proqramı üzrə (2007-2009-cu illər) Aleksandr Kappet, Elenor Kuriso fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Vasiliy Lebedev və Selena Qrızak yarışı 2-ci,  Hafiz Paşa və Estel Nağıyeva 3-cü pillədə başa vurublar.

“Yeniyetmə I” proqramı üzrə  (2011-2012-ci illər) Daniil Konopelkin və Zuleyxa Hüseynova bütün rəqiblərini qabaqlayaraq birinci olublar. Alxaz Məmmədzadə və Dəniz Vəliyeva ikinci, Murad Musa və Ameliya Muradova üçüncü pillədə qərarlaşıblar.

“Uşaqlar II” proqramı üzrə (2013-2014-cü illər) Murad Hüseynov və Viktoriya Mineyeva, Yusif Şabanov və Alina Feoktistova, Nadir Əliyev və Mədinə Əliyeva fərqləniblər.

“Uşaqlar I” proqramı üzrə (2015-2017-ci illər) Kərim Səfərli və Sofiya Həşimova 1-ci olublar. Daniil Zinin və Məryam Abdullayeva, Səid Səfərli və Zarina Tairova müvafiq olaraq 2-ci və 3-cü yerə layiq görülüblər.

Həmin kateqoriyadan