İdman təlimçisi Kamil Zeynallı həbs olunub

Polis idman təlimçisi Kamil Zeynallını saxlayıb. Allsport.az saytı xəbər verir ki, o, Nərimanov rayon məhkəməsinə aparılıb. “Maqa” inzibati xətallar məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Report.az-a görə, Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib. O, Binəqədi müvəqqəti saxlama təcridxanasına göndərilib. Onun həbs edilməsinə səbəb, Heydər Əliyev mərkəzinin yaxınlığında telefonla danışarkən, ətrafdakılara söyüş söyməsidir.

Həmin kateqoriyadan