- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Sentyabrın 12-13-də “İdman veteranları” ictimai birliyinin sədri Zemfira Meftəheddinovanın rəhbərliyi ilə bir qrup keçmiş idmançı Füzuli, Laçın, Şuşa və Xankəndi şəhərlərinə səfər edib. Allsport.az saytı xəbər verir ki, onlar əvvəlcə Füzuli şəhəri 1 nömrəli tam orta məktəbdə, sonra Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər.
Səfərin ikinci günü idman veteranları Şuşa şəhərində Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Aşağı Gövhər Ağa məscidini və Şuşa qalasını ziyarət ediblər. Burada şəhər sakinləri, yeniyetmə və gənc idmançılarla görüş keçirilib.
Veteranlar həmçinin Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün işğal dövründə güllələnmiş heykəllərini, eləcə də “İsa bulağı” istirahət kompleksini ziyarət ediblər.
Səfər çərçivəsində Xankəndidə Qarabağ Universitetinə baş çəkən idman veteranları ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat alıblar.