İdman zallarının açılmamasının səbəbi

Tibbi ərazi bölmələrini idarəetmə birliyinin idarə heyətinin sədri Ramin Bayramlı nazirlər kabineti yanında operativ qərargahın brifinqində idman zallarının açılmamasından danışıb. Allsport.az xəbər verir ki, o, açıq havada hazırlığa icazə verildiyini deyib:

“Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı operativ qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı bu günlərdə tapşırıq verildi. Demək olar ki, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb.

Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Təsdiqdən sonra sizlərin diqqətinə çatdırılacaq. Burada bir sıra ölkələrin təcrübəsindən istifadə etmişik. Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir.

Buradakı qaydaların necə olacağı metodik tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir. Qapalı idman müəssələrinin açılması yaxın günlərdə gözlənilmir.  Gələcək günlərdə bu barədə aparılan müzakirələrin nəticəsi bildiriləcək”.

Həmin kateqoriyadan