- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Moskvada pauerliftinq üzrə dünya çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, yarışda milli tam heyətlə iştirak edib.
Azərbaycan pauerliftinq federasiyasının prezidenti Ələddin Əliyevin, vitse-prezident Rüfət Ağayevin və baş məşqçi Azər Mustafayevin başçılığı ilə dünya çempionatına yollanan idmançılarımızın nəticələri ürəkaçan olub.
75 kq-da Rövşən Xəlilov iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kiloqram qaldıraraq, dünya çempionu olub. İki hərəkətin cəmində də həmyerlimiz dünya çempionluğu qazanıb. Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.
Bundan başqa, idmançılarmız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi – 67,5 kq), Ramil Əhmədov (90 kq), Razim Hüseynov, Nicat Xosrovzadə (125 kq) qızıl medal qazanıblar.
Ramin Rzayev (75 kq), Əli Əsgərov (82 kq), Hafiz Verdiyev (100 kq) və Aydın Hümbətov (110 kq) gümüş medala yiyələniblər.
Bu yarışda Razim Hüseynov da 960 kq nəticə ilə dünya rekordu edib.