- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Gürcüstanın paytaxtında ciu-citsu üzrə dünya çempionatında idmançılarımız iştirak edib. Allsport.az xəbər verir ki, çempionatda ölkəmizi kontakt ciu-citsu üzrə 21 idmançı təmsil edib. Komandamız ilk dəfə iştirak etdiyi çempionatda 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıb.
Yarışda Kənan Abbaszadə, Zaur Mirzəzadə, Jasmin Xəlilova, Anar Tağızadə, Bəxtiyar Məcidov, Ağahüseyn Atakişiyev, Rəsul Süleymanov və İnsaf Əliyev bütün rəqiblərini məğlub edərək 1-ci olublar.
Əli Əliyev, Şəmsi Hüseynov, Nihat Hüseynli, Sadiq Əliyev, Kənan Abbaszadə, Ağahüseyn Atakişiyev, Həsən Hüseynzadə və Fərid Əhmədov isə finalda məğlub olaraq gümüş medal qazanıblar.
Digər üç idmançımız Fərid Əhmədov, Ayaz Abbasov hər biri bir bürünc, Mirzə Məmmədov isə həm kontakt ciu-citsu və nevaza növündə iki bürünc medal əldə ediblər. Çempionatın nəticələrinə görə Azərbaycan komandası ümumi hesabda dördüncü yeri tutub.
Dünya çempionatında 20-dək ölkədən 200 idmançı kontakt ciu-citsu, nevaza və özünümüdafiə bölmələri üzrə mübarizə aparıb.