İFL qran-prisi başlayır

Sport Marketinq Qrup və Beynəlxalq döyüş liqasının təşkilatçılığı ilə, Azərbaycan MMA federasiyasının dəstəyi ilə İFL qran-prisi başlayır.

Allsport.az saytı xəbər verir ki, həvəskar döyüşçüləri peşəkar meydanlara çıxarmaq, ölkəmizdə döyüş idman növünü gənclər arasında yaymaq məqsədi ilə keçirilən turnirdə, reqlament üzrə 32 döyüşçü iştirak edir. Püşkatmada rəqiblər 1/16 final mərhələsindən üz-üzə gəlirlər, qaliblər növbəti mərhələyə keçir.

Olimpiya sistemi ilə keçirilən yarışda 1/16 final mərhələsi 20 avqust 17:00-da, 1/8 final mərhələsi 27 avqust 17:00-da 1/4 final mərhələsi 3 sentyabr saat 17:00-da, yarımfinal və final mərhələləri isə 10 avqust saat 21:00-da Bakı olimpiya stadionunda olacaq.

Pandemiya səbəbilə azarkeşlərsiz keçirilən yarış “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan