İHİF-in qadın və idman komitəsinin rəhbərinin layihələri dəyərləndirib

Noyabrın 14-15-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 28-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Azərbaycandan bu təşkilatın icraiyyə komitəsinin ilk xanım üzvü və İstanbulda növbəti oyunlarının əlaqələndirici komissiyasının üzvü Könül Nurullayeva iştirak edib.

O, çıxışında gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunub, bu istiqamətdə araşdırmalar aparıb ciddi addımlar atmağın vacibliyini qeyd edib.

İlk dəfə onun tərəfindən idmanda qadın siyasətinin həyata keçirilməsində gender məsələləri üzrə İslam ölkələrinin məsul şəxslərinin iştirakı ilə konfransın təşkili və daha iki layihə icraiyyə komitəsinə təqdim olunub. Layihələr dəyərləndirib və 2019-cu ildə icrası ilə bağlı razılıq verib.

 

Həmin kateqoriyadan