III MDB oyunlarının ilk nümayəndə heyətləri artıq Azərbaycandadır

III MDB oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıblar.

Allsport.az xəbər verir ki, bu gecə Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan idmançılar Heydər Əliyev beynəlxalq hava limanına eniş ediblər. Onlar futbol, stolüstü tennis, kamandan oxatma və sambo idman növlərində mübarizə aparacaqlar.

Hava limanında qonaqları III MDB oyunlarının təşkilat komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Həmin kateqoriyadan