- Baxış sayı: 293
- 15 Mart 2026 23:23
- Baxış sayı: 283
- Mart 16, 2026
- 0

“Lada” hücumçular Tomaş Yurço və Tayler Qraovaçla müqavilələr imzalayıb.
Allsport.az xəbər verir ki, slovakiyalı və kanadalı xokkeyçilərlə cari mövsümün sonuna qədər sözləşmə razılaşdırılıb.
Yurço pley-off da daxil olmaqla 142 KXL oyununda iştirak edib və 88 xal (35 qol, 53 məhsuldar ötürmə) toplayıb. O, əvvəllər liqada “Baris”, “Avanqard” və “Kunlun” komandalarında oynayıb.
Qraovaç KXL-də “Dinamo Minsk”, “Vityaz”, “Admiral” və “Kunlun” komandalarında oynayıb. Hücumçu pley-off da daxil olmaqla 217 oyunda iştirak edib, 45 qol vurub və 57 məhsuldar ötürmə edib.