- Baxış sayı: 29
- 05 Fevral 2026 13:45
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

AFFA icraiyyə komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan premyer liqasında komanda sayının artırılması ilə əlaqədar premyer liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Allsport.az xəbər verir ki, bu qərara əsasən son 3 mövsümdə premyer liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən I liqadan premyer liqaya yüksəlmiş “Karvan-Yevlax” və “İmişli” klublarına bir mövsümlük möhlətlər tətbiq ediliir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA “C” kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.