- Baxış sayı: 24
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında dünya kubokunun 1/64 final mərhələsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizəyə aparıb. Aydın Süleymanlı Tailand şahmatçısı Prina Laoxavirapapanı, Nicat Abbasov isə özbəkistanlı Məhəmmədzahid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adlayıb.
Təmsilçilərimizdən Əhməd Əhmədzadə Surye Şexar Qanquliyə (Hindistan) hər iki partiyada uduzaraq dünya kubokunu tərk edib. Read Səmədov isə İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0.5-1.5 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.
Dünya kubokunda 1/32 mərhələyə noyabrın 4-də start veriləcək. Bu mərhələdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rauf Məmmədov yarışa qoşulacaq. Ş.Məmmədyarov Gerqeli Kantorla (Macarıstan), R.Məmmədov isə Rasmus Sveynlə (Rumıniya) qarşılaşacaq.
Dünya Kuboku noyabrın 26-da başa çatacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.
Dünya kubokunun ümumi mükafat fondu 2 milyon ABŞ dollarına bərabərdir.