- Baxış sayı: 131
- 28 Noyabr 2025 22:10
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ağdəniz universiteti və Azərbaycan idman akademiyası (ASA) arasında ali təhsilin bakalavr səviyyəsinin “Məşqçilik” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair protokol imzalanıb.
Allsport.az xəbər verir ki, sənədin imzalanmasında məqsəd iki qardaş ölkə arasında idman təhsili sahəsində əməkdaşlığı daha da dərinləşdirmək, müasir beynəlxalq standartlara cavab verən peşəkar məşqçilərin hazırlanması üçün birgə tədris və elmi mühit formalaşdırmaqdır.
İmzalanma mərasimində Ağdəniz universitetinin rektoru Özlənən Özqanın və ASA-nın rektoru Fuad Hacıyevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Yeni proqram çərçivəsində tələbələr təhsilin birinci və dördüncü illərini qəbul olduqları universitetdə, ikinci və üçüncü illərini isə tərəfdaş universitetdə keçirəcəklər. Tədrisini uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.