- Baxış sayı: 33
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0
19 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib. Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:2 hesabıyla başa çatan görüşlə bağlı bunları söyləyib:
“Ümumilikdə, oyundan narazı qalmadım. İkinci hissədə bütün komanda ilə müdafiə olunan bir rəqibə qarşı oynadıq. Daha səbirlə oynamaq lazım idi. Sonuncu dəqiqədə yol verdiyimiz səhvdən sonra qol buraxdıq. Oyunumuzu təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq”.