“İlk 15 dəqiqədə yüksək ustalıq göstərdik”

“Şamaxı” premyer liqanın 7-ci turunda səfərdə “Kəpəz”i 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “şirlər”in baş məşqçsi Ayxan Abbasov bunu deyib:

“Bizi çətin oyun gözlədiyini bilirdik. Çünki “Kəpəz” hər oyuna geridönüş kimi yanaşır. Futbolçularıma təşəkkür edirəm. İlk 15 dəqiqədə yüksək ustalıq göstərdilər.

Düzdür, çoxlu qol məqamlarından istifadə edə bilmədik. Amma bu normaldır. Oyundan oyuna daha yaxşı olmağa çalışırıq”.

Həmin kateqoriyadan