- Baxış sayı: 103
- 16 Dekabr 2024 14:37
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bu günlərdə ilk Avropa Oyunlarının elçiləri olacaq 11 Azərbaycan idmançısının adını elan edib. Allsport.az xəbər verir ki, onlar öz idman növlərini və ölkəmizi təmsil etmək üçün seçiliblər və qarşıdan gələn oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin Bakı-2015-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər. “Xoşbəxtlər” arasında AVİF-in 2 nümayəndəsi də var. Bunlar şose Elgün Əlizadə və dağ velosipedçisi Murad Sultanovdur.
8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan Elgün Əlizadə Azərbaycanın gənclər yığmasının üzvüdür. 18 yaşlı velosipedçimizin ən böyük uğuru bu ilin yayında keçirilən Avropa çempionatına təsadüf edir – qrup yarışlarında 12-ci yeri tutan gənc istedadımız hələ ki, Azərbaycan velosiped idmanı tarixində ən yüksək nəticəyə imza atıb. Bundan başqa, Elgün bu il keçirilən çüt və qrup ötüşməsi üzrə, həmçinin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının da qalibidir.
Velosiped idmanının sirlərinə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində yiyələnən Murad Sultanov dağ velosipedi üzrə yığma komandamızın üzvüdür. 20 yaşlı idmançı ölkəmizdə yenicə populyarlıq qazanmağa başlayan dağ velosipedi idman növü üzrə iyunda keçirilən ilk Azərbaycan çempionatının bürünc mükafatçısıdır. Bundan başqa, Murad oktyabrda təşkil olunmuş dağ velosipedi üzrə Bakı-2015 ilk Avropa Oyunlarının sınaq yarışının da iştirakçısı olub.
Həm Elgün Əlizadə, həm də Murad Sultanov Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi olmaqdan sonsuz qürur hissi keçirdiklərini deyir və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını söyləyirlər.