Bakı-2015-də yanğın təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri işlər həyata keçirilir

Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə “Mehmanxanaların və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında başlıca vəzifələr”, “Yanğından mühafizə və yanğınların söndürülməsi zamanı obyektlərin üzərinə düşən vəzifələr” mövzusunda mühazirələr dinlənilib, mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi işlər barədə məlumat verilib.

Qeyd olunub ki, qarşıdan gələn böyük idman tədbirində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Seminarda “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı slayd nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası paylanılıb.

Həmin kateqoriyadan