- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“I Avropa Oyunlarının məşəl estafeti aprelin 25-də başlayacaq və Azərbaycanın 51 şəhərini əhatə edəcək”. Allsport.az xəbər verir ki, bunu Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman departamentinin direktoru Pirs О’Kallahan Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsi 50 il ərzində I Avropa Oyunlarını təşkil etməyə cəhd edib və Azərbaycan hazırda üzərinə böyük məsuliyyət götürüb. Adətən, Olimpiya Oyunlarının hazırlığı 7 il vaxt aparır, Azərbaycan isə bunu 2 ildən bir qədər çox müddətə edib”.
P.О’Kallahan qeyd edib ki, Azərbaycan vətəndaşları ölkənin nailiyyətləri, Prezident İlham Əliyev və Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olan birinci xanım Mehriban Əliyeva ilə fəxr edə bilərlər: “Komitə təlim keçilməli olan 10 min könüllünü cəlb etməyi nəzərdə tutur. Biz iki mindən çox sürücü üçün təlimlər keçdik. İlk dəfə olaraq xüsusi təlim görmüş sürücülər bütün rəsmi şəxsləri, idmançıları və tamaşaçıları daşıyacaqlar. Onlar peşəkar sürücülər olacaqlar”.
O, əlavə edib ki, martda biletlərin satışına başlanılması vacib addım olacaq: “Hazırda Oyunları yayımlayacaq bir sıra televiziya kanalları ilə danışıqları başa çatdırmaq prosesindəyik. Avropa, o cümlədən Çin, Şimali və Mərkəzi Amerikanın bir çox yayım qurumları ilə sazişlər imzalanıb. Bütün idman növləri üzrə hakim və münsiflər heyəti üçün təlimlər keçmişik və Azərbaycanın 600-dən çox hakimi ixtisaslarını artıracaq”.
P.О’Kallahanın sözlərinə görə, aprelin 1-də nümayəndə heyətlərinin qeydiyyatı üçün ərizə verilməsi prosesi açıq olacaq: “Gözləyirik ki, Azərbaycan 300-dən çox idmançı ilə təmsil olunacaq. Bu, Azərbaycan idmanı tarixində ən böyük komanda olacaq”.
O vurğulayıb ki, atletlər şəhərciyi iyunun 1-dən açılacaq: “Böyük marşrut şəbəkəsi yaradılıb, Olimpiya Stadionuna yeni yol tikilib. Bu, idmançıların şəhərcikdən idman obyektlərinə çatdırılmasını asanlaşdırmağa imkan verəcək”.